Müsavat namizədlərini elan etdi - Onlar deputat olmaq istəyirlər

  16 Dekabr 2019    Oxunub : 1398
Müsavat namizədlərini elan etdi - Onlar deputat olmaq istəyirlər
Müsavat Partiyası 2020-ci ilin fevral ayının 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini açıqlayıb.
Azvision.az -ın məlumatına görə, Müsavat başqanı Arif Hacılı bildirib ki, partiyanın 78 dairə üzrə 81 namizədi müəyyənləşib. Onun sözlərinə görə, bəzi dairələr üzrə iki nəfərin namizədliyi irəli sürüləcək.

"15 saylı Yasamal birinci seçki dairəsindən partiyanın başqanı Arif Hacılının, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın sabiq başqanı, Milli Strateji Düşüncələr Mərkəzinin rəhbəri İsa Qəmbərin, 8 Saylı Binəqədi birinci seçki dairəsindən sabiq millət vəkili Arzu Səmədbəylinin, 9 saylı Binəqədi ikinci seçki dairəsindən başqan müavini, vəkil Nemət Kərimlinin, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlının, 11 saylı Qaradağ seçki dairəsindən başqan müavini Səxavət Soltanlının namizədliyi irəli sürülüb", - deyə A.Hacılı qeyd edib.

Azvision.az

Teqlər: Müsavat   Seçki