Zelenskinin Bakıya səfər proqramı açıqlandı

  16 Dekabr 2019    Oxunub : 2106
Zelenskinin Bakıya səfər proqramı açıqlandı
Azərbaycan Ukrayna Prezidenti Vladimir Zelenskinin Qafqazda ziyarət edəcəyi ilk ölkə olacaq.
Azvision.az xəbər verir ki, Zelenskinin Bakı səfəri 16-17 dekabr tarixlərində baş tutacaq. Səfər çərçivəsində Ukrayna lideri Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla danışıqlar aparacaq.

Həmçinin, Ukrayna və Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.

Bundan əlavə, iki ölkə Prezidenti Ukrayna-Azərbaycan Biznes Forumunda iştirak edəcəklər. Zelenski, eyni zamanda Azərbaycanın Ukrayna icmasının nümayəndələri ilə görüşəcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Zelenski   Ukrayna   Sefer