Naxçıvanın gömrük rəisi həbs edildi - VİDEO

Naxçıvanın gömrük rəisi həbs edildi - VİDEO
  18 Dekabr 2013    Oxunub:1474
Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs edilib.

AzVision.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Yayılan məlumatlara görə, gömrük rəisi M.Seyidov qardaş ölkədə ötən gündən başladılan rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb.

O, Qarsda təyyarədən enərkən hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən tutulub.

Hadisə ilə əlaqədaər Azərbaycanın Iğdırdakı konsulu Asiman Əliyev İğdır Əmniyyət Müdürlüyünə gələrək həbsin səbəbini dəqiqləşdirməyə çalışıb.

Onun həbsinin İğdır Dilucu sərhəd keçid məntəqəsi əməkdaşlarına qarşı irəli sürülən ittihamlarla bağlı olduğu deyilir.

Hazırda M.Seyidovun sorğusu davam edir.



A.RÜSTƏMOV



Teqlər:  





Xəbər lenti