Azərbaycanda bir tanker 14 milyon dollara hazırlanır

 Azərbaycanda bir tanker 14 milyon dollara hazırlanır
  16 Dekabr 2019    Oxunub:3091
Bakı Gəmiqayırma Zavodunda bir tankerin hazırlanma xərci 14 milyon dollardır. Bərə isə 41 milyon dollara başa gəlir.

Azvision.az xəbər verir ki bunu Bakı Gəmiqayırma Zavodunun baş meneceri İmanverdi Həsənov deyib. Onun sözlərinə görə, hazırda zavodda 6 layihə icra edilir:
"Onlardan 4-ü tanker, 2-si isə bərə gəmisinin inşasıdır. Bir tanker artıq istifadəyə verilir, digərləri layihəyə uyğun vaxtda təhvil veriləcək. Yeni zavodlarda bu tipli gəmilərin inşa vaxtı və xərci çox çəkir. Amma köhnə zavodlarda avandalıqla təchizat olduğu üçün nisbətən ucuz və qısa vaxtda gəmilər inşa edilir. "Laçın" tankeri ən müasir tələblərə uyğun tikilib. Texniki imkanlarına görə digərlərindən fərqlənir" .

Baş menecer qeyd edib ki, əgər xarici ölkələr belə gəmilərin hazırlanması ilə bağlı sifariş verərsə, icra edilə bilər: "Zavodun idarəetmə heyəti 100 faiz azərbaycanlılardan ibarətdir. Hazırda zavodda 1390 azərbaycanlı işçi çalışır. Əcnəbi işçilər isə 5 faizdir, haradasa 200-ə yaxındır, onlar da podratçı şirkətlərdə çalışanlardır. Lakin 2013-cü ildə zavod açılanda yerli işçilərin sayı 200 nəfərdən çox deyildi".

Aytən Zəhra
Azvision.az


Teqlər: Gəmi   Tanker   Bərə  





Xəbər lenti