Ərdoğan həyat yoldaşı ilə İsveçrəyə getdi

Ərdoğan həyat yoldaşı ilə İsveçrəyə getdi
  16 Dekabr 2019    Oxunub:2412
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İsveçrəyə səfərə gedib.
Azvision.az “Hurriyet”ə istinadən xəbər verir ki, Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank, ailə, əmək və sosial xidmətlər naziri Zehra Zümrüt Selçuk müşayət edirlər.

Prezident Ərdoğan BMT-nin təşkilatçılığı ilə bu gün Cenevrədə işə başlayacaq Qaçqınlar üzrə ilk Qlobal Forumda iştirak edəcək. Forumun təşəbbüskarlarından biri Türkiyədir.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Türkiyə   Ərdoğan   İsveçrə  





Xəbər lenti