Canəli Əkbərovun səhhətində problem yarandı

  16 Dekabr 2019    Oxunub : 2053
 Canəli Əkbərovun səhhətində problem yarandı
Xalq artisti Canəli Əkbərovun səhhətində problem yaranıb.
Azvision.az -ın məlumatına görə, xanəndə bir neçə gün əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmasa da, ailə üzvləri hazırda Xalq artistinin sağlıq durumunun nisbətən düzəldiyini, bu gün evə aparılacağını bildiriblər.

Qeyd edək ki, Xalq artisti Canəli Əkbərov bir neçə ay əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: CanəliƏkbərov