Narkotik satan qohumlar tutuldu

  16 Dekabr 2019    Oxunub : 1133
Narkotik satan qohumlar tutuldu
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəbrayıl rayon sakini N.Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin və 9 qrama yaxın metamfetamin götürülüb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun qohumu X.Quliyevin Kotec qəsəbəsindəki evindən isə 245 qramdan artıq heroin, 241 qrama yaxın metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN