Uşaq Yaradıcılıq Mərkəzində partlayış - Müəllim xəsarət alıb

  16 Dekabr 2019    Oxunub : 3292
 Uşaq Yaradıcılıq Mərkəzində partlayış - Müəllim xəsarət alıb
Lökbatan qəsəbəsində Qaradağ rayon İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.
Səhiyyə Nazirliyindən Azvision.az -a bildirilib ki, bu barədə Təcili Tibbi Yardıma saat 10:14-də məlumat daxil olub və hadisə yerinə 3 təcili yardım briqadası göndərilib.

Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.

Azvision.az

Teqlər: Lökbatan   Partlayış