“Laçın” tankerinin ilk sifarişi ilə bağlı danışıqlar aparılır

 “Laçın” tankerinin ilk sifarişi ilə bağlı danışıqlar aparılır
  16 Dekabr 2019    Oxunub:3674
Yerli mütəxəssislər tərəfindən inşa edilən "Laçın" tankerinin ilk sifarişi ilə bağlı danışıqlar aparılır.
Azvision.az xəbər verir ki, bunu "Xəzər Dəniz Gəmiçiliyi " QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib. Onun sözlərinə görə, danışıqlardan asılı olaraq tankerin dünya sularında və ya Xəzər dənizində hərəkət edəcəyinə qərar veriləcək.

"Tankerin texniki imkanları ona icazə verir ki, maksimum yüklə Volqa-Don kanalı ilə həm dünya sularında, həm də Xəzər dənizində hərəkət edə bilsin. Tankerin unikallığı odur ki, əvvəllər gəmilər Volqa-Don kanalı dar olduğu üçün oradan keçə bilmirdilər. Amma yeni tankerdə bütün bu xüsusiyyətlər nəzərə alınıb".

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan “Laçın” tankerinin uzunluğu 141, eni 16.9 metrdir. 15 nəfərlik heyətə malik olan gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək.

Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker Iki ədəd “Wartsila” istehsalı mühərriklə təchiz edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Laçın   Tanker  





Xəbər lenti