Türkiyə hindu soyqırımını tanıya bilər - Ərdoğandan ABŞ-a cavab

Türkiyə hindu soyqırımını tanıya bilər -  Ərdoğandan ABŞ-a cavab
  16 Dekabr 2019    Oxunub:13268
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Senatının qondarma “erməni soyqırımı”nın tanınmasına dair qəbul etdiyi qətnamə layihəsinə cavab olaraq, Amerikanın müstəmləkəsi dövründə hinduların soyqırımı ilə bağlı qətnamə qəbul edə bilər.
Azvision.az xəbər verir ki, bunu Ərdoğan türkiyəli jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, 1915-ci il hadisələri ilə əlaqədar milyondan çox sənədi açıblar:

“Gəlin, oxuyun. Əlimizdəki sənədlərlə danışırıq. Həmçinin, parlamentimizin eyni qərarları ilə sizə qarşı çıxmalıyıq. Bunu da edəcəyik. Amerika haqqında danışarkən hindular barədə susmaq mümkündürmü? Hinduların tarixi amerikalıların üz qarasıdır.

Buna bənzər Afrikada da bir çox qırğınlar yaşanıb. Ruandada, Əlcəzairdə Fransa qırğınlarını bir kənara qoymaq mümkündürmü? Bütün bunları dünya ictimaiyyətinə izah edəcəyik. Arxiv sənədləri var. Bunlarla müdafiədə yox, hücumda olacağıq. Qərbin irqçilik və müstəmləkəçilik tarixini ortaya qoyacağıq. Bütün bu qırğınlar və soyqırımlar ortada olduğu halda, bizim kimi qürurlu tarixi olan millətə səslərini çıxara bilməzlər".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti