Türkiyə ABŞ üçün İncirlik bazasını bağlaya bilər

  16 Dekabr 2019    Oxunub : 5441
 Türkiyə ABŞ üçün İncirlik bazasını bağlaya bilər
Rəsmi Vaşinqton Ankaraya qarşı sanksiya tətbiq edəcəyi halda Türkiyə ABŞ üçün İncirlik hərbi bazasını bağlaya bilər.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, İncirlik aviabazasının bağlanması barədə yalnız Türkiyə qərar qəbul etmək səhaliyyətinə malikdir.

"Türkiyə ABŞ-ın istənilən sanksiyalarına cavab verəcək. Lazım gələrsə, həm İncirlik, həm də Kürəciyi bağlayacağıq", - deyə Ərdoğan ABŞ-a mesaj ünvanlayıb.

Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan