Filippində güclü zəlzələ: azyaşlı qız ölüb - Yenilənib

  15 Dekabr 2019    Oxunub : 2833
Filippində güclü zəlzələ: azyaşlı qız ölüb - Yenilənib
Bu gün Filippində 6,8 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, 28,2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində evdə dağıntılar altında qalan azyaşlı qız həlak olub. Təbii fəlakət zamanı iki körpü və bəzi yaşayış binaları zədələnib, yerli administrasiyanın binası dağılıb.

Azvision.az

Teqlər: Zəlzələ