Filippində güclü zəlzələ: azyaşlı qız ölüb - Yenilənib

Filippində güclü zəlzələ: azyaşlı qız ölüb -  Yenilənib
  15 Dekabr 2019    Oxunub:4402
Bu gün Filippində 6,8 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, 28,2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində evdə dağıntılar altında qalan azyaşlı qız həlak olub. Təbii fəlakət zamanı iki körpü və bəzi yaşayış binaları zədələnib, yerli administrasiyanın binası dağılıb.

Azvision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti