Şantajla 50 min manat və avtomobil aldı - Xüsusi əməliyyat
Bununla əlaqədar polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə T.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə Cəlilabad şəhərində saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Özünün və hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirilib, oradan narkotik vasitə olan 455 qram heroin, 1 ədəd elektron tərəzi və balta aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun paytaxt ərazisindəki evində odlu silah saxlaması da müəyyən olunub.
Dərhal Bakı şəhərinə ezam olunmuş Cəlilabad RPŞ-nin əməkdaşları T.Əhmədovun yaşadığı mənzilə baxış keçirib, oradan “Kalaşnikov” markalı avtomat, içərisində 12 ədəd patron olan daraq aşkar edilərək götürülüb.
Bundan əlavə, T.Əhmədovun Cəlilabad şəhər sakini olan bir nəfəri barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək müxtəlif vaxtlarda ondan ümumilikdə 50 min manat pul alması, həmçinin hədə-qorxu yolu ilə zərərçəkmişə məxsus “VAZ-2109” markalı avtomobili zorla alması da müəyyən edilib.
Aşkar olunmuş faktlar üzrə Cəlilabad RPŞ-də araşdırmalar aparılır. T.Əhmədovun digər cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azvision.az