Nazir müavini “Eurohome”dan danışdı, tapşırıqlar verdi

Nazir müavini “Eurohome”dan danışdı, tapşırıqlar verdi
  14 Dekabr 2019    Oxunub:1834
“EuroHome” tikinti materialları bazarındakı yanğının söndürülməsi zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyətini bütövlükdə müsbət qiymətləndirirəm.
Azvision.az xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində deyib.

Nazir müavini şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının daha da artırılması, intizamın gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə profilaktik tədbirlərin həyata keçirilməsi, yanğından mühafizə işinin daha da səmərəli həyata keçirilməsi və s. istiqamətlərlə əlaqədar tapşırıqlar verib.

Həmçinin, E.Mirzəyev qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsinin və yanğından mühafizə işinin səmərəliliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.

Azvision.az


Teqlər: FHN   EtibarMirzəyev   General  





Xəbər lenti