“Taliban” yaraqlıları 9 əsgəri öldürüb

“Taliban” yaraqlıları 9 əsgəri öldürüb
  14 Dekabr 2019    Oxunub:2053
“Taliban” radikal qruplaşması Əfqanıstan Milli Ordusunun 9 əsgərini qətlə yetirib.
Azvision.az xəbər verir verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

"Əfqanıstan Milli Ordusunun doqquz əsgəri Qəzni əyalətinin Qarabağ rayonunda “Taliban” terrorçuları tərəfindən öldürülüb. Biz vəziyyəti araşdıraraq əlavə məlumat verəcəyik”, - deyə Müdafiə Nazirliyinin "Twitter" səhifəsində qeyd edilib.

“1TV” isə iddia edir ki, hücum nəticəsində 25 nəfər həlak olub. “Taliban” radikal qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti