Bakıda keçmiş məhkum 4 evdən oğurluq edib

  14 Dekabr 2019    Oxunub : 1059
Bakıda keçmiş məhkum 4 evdən oğurluq edib
Bakının Xətai rayonunda 4 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 14.920 manat pul, 11.200 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Namazov saxlanılıb,

Azvision.az

Teqlər: DİN   Oğurluq   Qız