Saakaşvilinin iqamətgahı 7,5 milyona satıldı

Saakaşvilinin iqamətgahı 7,5 milyona satıldı
  14 Dekabr 2019    Oxunub:3287
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin iqamətgahı hərraca çıxarılıb.

Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava məlumat verib. Bildirilib ki, iqamətgah 7,5 milyon lariyə (2,7 milyon dollar) satılıb.
2011-ci ildə tikilən iqamətgah Gürcüstanın Svaneti yüksək dağlıq bölgəsindəki Mestiya qəsəbəsində yerləşir. Hərrac dövlət obyektlərinin özəlləşdirilməsini nəzərdə tutan "Biznes üçün 100 sərmayə təklifi" layihəsi çərçivəsində baş tutub. İqamətgahın yeni sahibi özəl şirkət olan “Aigvinis Sahli”dir.

Prezident iqamətgahı 2011-ci ildə tikilib. Saakaşvilinin oradan istifadə edib-etməməsi məlum deyil. Çünki 2012-ci ildə onun partiyası parlament seçkilərində məğlubiyyətə uğrayıb və bundan bir il sonra Saakaşvilinin prezident səlahiyyətlərinin müddəti başa çatıb.

2016-cı ildə Ukraynanın Odessa bölgəsinin başçısı olan Saakaşvili Gürcüstanda ümumi sahəsi 7.5 min kvadratmetr olan əmlakının olduğunu elan etmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Saakaşvili   İqamətgah  





Xəbər lenti