Bakıda avtobus qəzası - Yaralılar var, ikisi uşaqdır

 Bakıda avtobus qəzası  - Yaralılar var, ikisi uşaqdır
  14 Dekabr 2019    Oxunub:5512
Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən Azvision.az -a bildirilib ki, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə təcili yardıma saat 08:45-də məlumat daxil olub.
Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili cəlb olunub. Qəza nəticəsində 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxslər 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Onlara lazım olan yardım göstərilib və müalicələri davam edir.

Azvision.az


Teqlər: Qəza   Avtobus  





Xəbər lenti