Morales Boliviya ilə sərhəd yaxınlığında yaşayacaq

Morales Boliviya ilə sərhəd yaxınlığında yaşayacaq
  14 Dekabr 2019    Oxunub:1916
Boliviyanın keçmiş prezidenti Evo Morales Argentinanın ölkəsi ilə sərhəddindən bir saatdan az məsafədə yerləşən San Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. Bildirilib ki, Morales gələn həftə bu şəhərdə məskunlaşacaq və oradan 2020-ci il seçkilərində partiyasının prezident kampaniyasına rəhbərlik edəcək.

Keçmiş vitse-prezident Alvaro Qarsiya Liner Moraleslə birlikdə işləyən digər 12 nəfərin arasında yer alacaq. Morales ona siyasi sığınacaq verən Argentinada icarəyə götürdüyü evdə yaşayacaq. Keçmiş prezident federal polis tərəfindən qorunacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Argentina   Morales  





Xəbər lenti