Həbs olunan şəxsin digər cinayətinin üstü açılıb

Həbs olunan şəxsin digər cinayətinin üstü açılıb
  13 Dekabr 2019    Oxunub:2103
Bu ilin aprel ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə həmin hadisənin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış, əvvəllər məhkum olunmuş və hal hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş şəhər sakini Rəhman Xəlilov tərəfindən törədildiyi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti