İşgəncəyə məruz qalan uşaqlarla bağlı ciddi araşdırma aparılır

 İşgəncəyə məruz qalan uşaqlarla bağlı ciddi araşdırma aparılır
  13 Dekabr 2019    Oxunub:2722
Ata və ögey analığı tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır.

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, Komitənin nümayəndələri, Baş Prokurorluq və İcra hakimiyyəti faktla əlaqədar ciddi araşdırma aparır:
"Bununla bağlı çox ciddi iş gedir. Bu hərəkətə yol verən şəxslər təbii ki, cəzalandırılacaqlar".

Qeyd edək ki, paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşlar ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalıblar. Faktla bağlı cinayət işi açılıb. Azyaşlı övladlarına işgəncə verməkdə təqsirli bilinən Ağcabədi rayon sakini Xəqani Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs, onun həyat yoldaşı Nüranə Əkbərovanın 16 həftəlik hamilə olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Uşaq   Komitə   Hicramn  





Xəbər lenti