Şəmkirdə 35 yaşlı qadını qatar vurub öldürdü

  13 Dekabr 2019    Oxunub : 1841
 Şəmkirdə 35 yaşlı qadını qatar vurub öldürdü
Dekabrın 12-si, saat 19:20-də Dəllər-Zəyəm mənzilində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, Şəmkir rayon Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova Dəllər-Zəyəm mənzilinin 137-ci kilometrində hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb.

"Hadisə yerinə dərhal təcili yardım çağrılıb və ağır bədən xəsarətləri alan X. Orucova Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib. Qatar saat 19:50-də təyinatı üzrə yola salınıb. Hadisə yerində aidiyyəti üzrə araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Dəmiryolu