Bakıda ofisdən 40 min manat oğurlanıb

Bakıda ofisdən 40 min manat oğurlanıb
  13 Dekabr 2019    Oxunub:1892
Bakıda ofisdən və uşaq əyləncə mərkəzindən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərin birindən 40 min manat və uşaq əyləncə mərkəzindən də pul oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti