Macarıstan Avropa İttifaqını tərk edir? - Nazirdən açıqlama

Macarıstan Avropa İttifaqını tərk edir? -  Nazirdən açıqlama
  13 Dekabr 2019    Oxunub:2566
Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto ölkəsinin Avropa İttifaqından çıxa biləcəyi barədə məlumatları yalanlayıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, nazir belə niyyətlərinin olmadığını deyib: "Bu, axmaqlıqdır. Əlbəttə ki, biz Avropa İttifaqını tərk etmək istəmirik. Güclü Avropa İttifaqının olmasında maraqlıyıq. Düşünürük ki, güclü Avropa İttifaqı güclü üzv dövlətlərə söykənməlidir. Və Avropa İttifaqını yenidən güclü etmək üçün qurumun gələcəyinə həsr edilmiş müzakirələrdə iştirak edirik".

Onun sözlərinə görə, Macarıstan təşkilatın güclü olması üçün əlindən gələni edəcək.

Xatırladaq ki, daha əvvəl Danimarkanın “Saxo Bank”ı Macarıstanın fundamental dəyərlərə münasibət mövzusunda fikir ayrılıqları səbəbiylə 2020-ci ilin sonuna qədər Aİ-ni tərk edə biləcəyinə dair proqnoz irəli sürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Macarıstan    





Xəbər lenti