“Brexit”ə qarşı çıxan partiya lideri mandatsız qaldı

“Brexit”ə qarşı çıxan partiya lideri mandatsız qaldı
  13 Dekabr 2019    Oxunub:1759
Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əleyhinə olan Liberal Demokratlar Partiyasının lideri Co Suinson parlamentdəki yerini qoruya bilməyib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, 12 dekabrda keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra səslərin sayılması nəticəsində onun məğlub olduğu bilinib.

Partiyasının ölkənin üçüncü siyasi qüvvəsi kimi mövqeyini gücləndirməyə iddia edən siyasətçi 149 səs fərqi ilə Şotlandiya Milli Partiyasının nümayəndəsinə uduzub. Suinsonun rəhbərliyi ilə Liberal Demokratlar “Brexit”in ləğvini qarşıya məqsəd qoyaraq radikal mövqe tutmuşdu.

"Bu, nəticələr dəhşət və çaşqınlıq gətirəcək", - deyən siyasətçi ölkənin Avropa İttifaqından uzaqlaşmasını və Şotlandiyada millətçiliyin böyüməsini nəzərdə tutduğunu vurğulayıb.

Mövcud qaydalara görə, o, bu ilin iyulundan icra etdiyi partiya sədrliyindən istefa verməli olacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Britaniya   Deputat   Partiya  





Xəbər lenti