“Tarqovı”da sakinlərə hücum edənlərin kimliyi bilindi

“Tarqovı”da sakinlərə hücum edənlərin kimliyi bilindi
  13 Dekabr 2019    Oxunub:2855
Dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti