Koçaryan yenidən əməliyyat olunub

Koçaryan yenidən əməliyyat olunub
  13 Dekabr 2019    Oxunub:1978
"Ermənistanın sabiq prezidenti Robert Koçaryanın yenidən əməliyyat olunduğunu düşünürəm".
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə eks-prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan deyib.

“Robert Koçaryanın vəziyyətindən çıxış edərək, mənim onunla əlaqə yaratmaq hüququm yoxdur. Məlumatı ailəsindən və vəkillərindən alıram. İnformasiyalar gecikmə ilə gəlir, amma sizə məlumat verəcəyəm”, - deyə Soqomonyan jurnalistlərə bildirib.

Xatırladaq ki, ötən gün Koçaryan xəstəxanaya yerləşdirilib. Onun ofisindən bildirilib ki, sabiq prezident əməliyyatdan sonra planlaşdırılmış tibbi müayinədən keçib və reabilitasiyanın davam etdirilməsi barədə qərar verilib.

Koçaryan oktyabrın 21-də əməliyyat olunub, sonra cəzaçəkmə müəssisəsinə qaytarılıb. Onun xəstəliyi barədə rəsmi məlumat verilməsə də, oğlu atasında şiş aşkarlandığını bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koçaryan  





Xəbər lenti