ABŞ səfirindən “soyqırım” açıqlaması: “Hökumətin mövqeyini əks etdirmir”

   ABŞ səfirindən “soyqırım” açıqlaması:   “Hökumətin mövqeyini əks etdirmir”
  13 Dekabr 2019    Oxunub:3438
ABŞ Senatının "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi sənəd qanunverici orqanın qəbul etdiyi sənəddir və bu, hökumət administrasiyasının mövqeyini əks etdirmir.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer deyib.
Diplomat vurğulayıb ki, Senat bu barədə artıq öz mövqeyini tam şəkildə ifadə edib: "Nəzərə almalıyıq ki, ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dostuq və əməkdaşıq. Əməkdaşlığı davam etdirəcəyik".

Qeyd edək ki, ötən gün ABŞ Senatı qondarma “erməni soyqırımı"nı tanıyan qətnamə layihəsini qəbul edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ABŞ   Səfir   Soyqırım  





Xəbər lenti