ABŞ-ın Azərbaycandakı səfiri prioritetlərini açıqladı

 ABŞ-ın Azərbaycandakı səfiri prioritetlərini açıqladı
  13 Dekabr 2019    Oxunub:3014
“Əsas prioritetim burada olduğum müddətdə uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrini davam etdirmək və daha da genişləndirməkdir”.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer deyib.

Diplomat vurğulayıb ki, eyni zamanda yalnız hökumətlərarası deyil, insanlar arasında da əlaqələri inkişaf etdirmək vacibdir: "Məmnunluqla qeyd edirəm ki, bir çox sahələrdə böyük nailiyyətlərimiz var. Bu nailiyyətlərdən biri də Kənd Təsərrüfatı naziri İnam Kərimovun bu yaxınlarda Kənd Təsərrüfatı Forumunda iştirak etmək üçün ABŞ-a səfər etməsidir. Orada biz iki ölkə arasında ticarət, biznes və kənd təsərrüfatı sahəsində bilik və təcrübə mübadiləsi ilə bağlı razılaşma əldə etmişik. Azərbaycanla təhlükəsizlik sahəsində də əməkdaşlığımızı davam etdirirək, ölkənin suverenliyinə, müstəqilliyinə böyük hörmətimizi ifadə edirik. Eyni zamanda vətəndaşlarımız arasında mübadilə proqramlarını, xüsusilə təhsil sahəsində olan mübadilə proqramlarını uğurla davam etdiririk. Ümid edirik ki, Azərbaycanda ingilis dili tədrisi sahəsində müəyyən uğurlara nail olacağıq".

Aytən Zəhra
Azvision.az



Teqlər: ABŞ   Səfir  





Xəbər lenti