“Brexit”i həyata keçirmək üçün güclü mandat qazandıq - Conson

 “Brexit”i həyata keçirmək üçün güclü mandat qazandıq -  Conson
  13 Dekabr 2019    Oxunub:1856
Böyük Britaniyanın Baş Naziri Boris Conson partiyasının “Brexit”i həyata keçirmək üçün güclü mandat qazandığını bəyan edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Baş Nazir səslərin sayılması zamanı bildirib.

Conson əlavə edib ki, bu, Britaniya xalqının iradəsini həyata keçirməyə, ölkəni daha yaxşı tərəfə dəyişdirməyə fürsət verən tarixi seçkilərdir: "Və biz sabah deyil, elə bu gün bunu etməyə çalışacağıq".

Seçki məntəqələrinin təxminən 70% -nin açıqlanan nəticələrinə görə, hazırda mühafizəkarlar liderdirlər.

Xatırladaq ki, seçki kampaniyası zamanı B.Conson Birləşmiş Krallığın əsas məqsədinin 31 yanvar 2020-ci ilədək Avropa İttifaqını tərk etmək olduğunu bildirmişdi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti