Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi
Eyni zamanda, Senatın qərarı Türkiyə-Amerika əlaqələrini inkişaf etdirmək səylərinə zərbə vuran təxribat xarakterli cəhddir.
"Tarixi siyasi məqsədlərə çatmaq üçün istifadə edənlər, gerçəkləri görməzlikdən gəldikdə, heç vaxt istədiklərinə nail ola bilməzlər. Bu qətnamənin heç bir hüquqi əsası yoxdur və belə əsassız qərarlar Türkiyənin bölgədəki vacib maraqları uğrunda mübarizə əzminə təsir etməyəcək”.
Qeyd edək ki, ötən gün ABŞ Senatında qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsi qəbul edilib.
Pərvanə Sultanova
Azvision.az