Bakıda 2 bıçaqlı şəxs insanlara hücum edib - VİDEO

 Bakıda 2 bıçaqlı şəxs insanlara hücum edib -    VİDEO
  13 Dekabr 2019    Oxunub:6207
Bakının Səbail rayonunda iki nəfər bıçaqlı şəxs insanlara hücum edib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsində baş verib.

Kimliyi məlum olmayan şəxslər insident zamanı yarıçılpaq vəziyyətdə olublar. Onlar ətrafdakı insanları bıçaqla təhdid etsələr də, özlərinə xəsarət yetiriblər.

Əraziyə polis əməkdaşları cəlb olunub. Hər iki şəxs saxlanılaraq polis idarəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır.



Azvision.az



Teqlər: Bıçaq   Silah  





Xəbər lenti