2019-cu ildə dünyanın ən nüfuzlu qadınları

 2019-cu ildə dünyanın ən nüfuzlu qadınları
  13 Dekabr 2019    Oxunub:2717
“Forbes” jurnalı 2019-cu ildə dünyanın ən nüfuzlu 100 qadınının reytinq siyahısını açıqlayıb.
Azvision.az xəbər verir ki, jurnalın tərtib etdiyi siyahıda Almaniya Kansleri Angela Merkel birinci yerdə qərarlaşıb. İkinci sırada Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, dünyanın ən nüfuzlu üçüncü qadını isə ABŞ Konqresinin İcmalar palatasının spikeri Nensi Pelosidir.

Amerikalı teleaparıcı Opra Uinfri 20-ci, Britaniya kraliçası II Elizabet 40-cı pillədə yer alıb. ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka 42-ci, amerikalı müğənni Rianna 61-ci, tennisçi Serena Uilyams isə 81-ci yeri tutub.

Azvision.az


Teqlər: Forbes   Merkel  





Xəbər lenti