Donbasda son 5 ildə 3344 dinc sakin ölüb

   Donbasda son 5 ildə 3344 dinc sakin ölüb
  12 Dekabr 2019    Oxunub:1633
2014-ci ildən Ukraynanın şərqində başlayan münaqişə 3344 dinc sakinin ölümünə səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Hüquqları Missiyasının rəhbəri Matilda Bogner bildirib.

Onun sözlərinə görə, münaqişə zonasında son beş il ərzində 7 min nəfər xəsarət alıb: “Ölən mülki şəxslərin ümumi sayı artmaqda davam edir”.

O, əlavə edib ki, ilin əvvəlindən 15 noyabr tarixinədək Ukraynanın şərqində gedən münaqişədə 26 dinc sakin ölüb, daha 136 nəfər yaralanıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ukrayna   Donbas  





Xəbər lenti