“Qarabağ”ın oyununa metro ilə gedənlərin nəzərinə!

“Qarabağ”ın oyununa metro ilə gedənlərin nəzərinə!
  12 Dekabr 2019    Oxunub:2947
Bu gün "Qarabağ" klubunun oyununu stadionda canlı izləyəcək tamaşaçılar saat 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

Qeyd edək ki, bu gün "Qarabağ" klubu saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

Azvision.az


Teqlər: Metro   Qarabağ  





Xəbər lenti