Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib - FOTO

Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib -    FOTO
  12 Dekabr 2019    Oxunub:1694
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul qaydalarına uyğun olaraq agentliyin sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, qəbulda müraciətlər əsasən işlə təminedilmə ilə bağlı olub. Həmçinin müxtəlif ideya və təkliflər dinlənilib.

Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər ilə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.





Azvision.az



Teqlər: ASAN-Xidmət   Ülvi-Mehdiyev  





Xəbər lenti