Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq

Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq
  12 Dekabr 2019    Oxunub:1665
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, hərəkət təmir aparılan hissələr üzrə qismən məhdudlaşdırılacaq.

Bundan başqa Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil 10-30 kilometrlik hissəsində, hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az



Teqlər: Yol  





Xəbər lenti