Direktorlara və şöbə müdirlərinə xəbərdarlıq: “Ciddi addımlar atılacaq”
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
M.Vəliyeva qeyd edib ki, şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir: "Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən, məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə xüsusən 10-11-ci siniflərə qəbul olunan şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Nazirmüavini Təhsil