Nazir Latviya Milli Kitabxanasına Qarabağla bağlı kitab hədiyyə etdi - FOTOLAR

Nazir Latviya Milli Kitabxanasına Qarabağla bağlı kitab hədiyyə etdi -  FOTOLAR
  12 Dekabr 2019    Oxunub:3270
Latviyada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov həmkarı Edqar Rinkeviçs ilə görüşüb.

Azvision.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində məlumat yerləşdirilib. Görüşdə Latviya-Azərbaycan münasibətləri, regional məsələlər müzakirə edilib.
Azərbaycan XİN-in məlumatına görə, nazir Latviya Milli Kitabxanasını ziyarət edib. E.Məmmədyarov Latviya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında daimi təmasların xalqlararası əlaqələrə töhfə verəcəyini qeyd edib. Öz növbəsində nazir, Latviya Milli Kitabxanasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr edilən kitabı hədiyyə edib.

Bundan əlavə, XİN rəhbəri kitabxanada yaradılmış və ölkəmizə həsr edilmiş müxtəlif kitablardan ibarət daimi Azərbaycan guşəsi ilə tanış olub.

Qeyd edək ki, E. Məmmədyarovun Latviya Prezidenti Eqils Levits, Latviya Seyminin spikeri İnara Murnietse və Müdafiə naziri Artis Pabrikslə də görüşləri gözlənilir.











Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Məmmədyarov   Qarabağ   Kitab  





Xəbər lenti