Sumqayıtda qadına qarşı soyğunçuluq edilib

Sumqayıtda qadına qarşı soyğunçuluq edilib
  12 Dekabr 2019    Oxunub:2023
Sumqayıtda soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Kimyaçılar qəsəbə sakini M.Quliyevaya zor tətbiq edib içərisində 230 manat olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini R.Məhərrəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti