Narkotik alverçisindən beşbarmaq götürülüb

Narkotik alverçisindən beşbarmaq götürülüb
  12 Dekabr 2019    Oxunub:4792
Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini A.Sadıqov və Bakı şəhər sakini N.Süleymanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan ümumilikdə 10 qramdan artıq marixuana və metamfetamin götürülüb. Davam etdirilən tədbirlərlə N.Süleymanovun “Mercedes” markalı avtomobilində isə 1 ədəd beşbarmaq aşkar edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti