Ermənistanda saxta hərbi sənəd aşkar edilib

Ermənistanda saxta hərbi sənəd aşkar edilib
  12 Dekabr 2019    Oxunub:2006
Ermənistanda saxta sağlamlıq və hərbi xidmət sənədlərinin hazırlanması və istifadəsi faktı ilə bağlı cinayət işi başlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şirak bölgəsinin sakini tibb mərkəzindən Belçikada yaşayan qardaşı üçün onun hərbi xidmətə getməsi barədə saxta arayış alıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Hərbi-Xidmət  





Xəbər lenti