Bakı-Məşhəd birbaşa uçuşları başlayır

 Bakı-Məşhəd birbaşa uçuşları başlayır
  12 Dekabr 2019    Oxunub:4155
Bakı-Məşhəd istiqamətində birbaşa uçuşların həyata keçirilməsinə başlanılır.
Bu barədə Azvision.az -a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişafı üçün Məşhəd – Bakı istiqamətində birbaşa uçuşlar təşkil edir. Bu planın icraçısı “Bakustar” şirkətidir. Şirkət bu gündən etibarən Azərbaycanın bütün sərnişinlərinə öz xidmətlərini təklif edir”, - deyə səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, uçuşlar həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər həyata keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Məşhəd   Təyyarə  





Xəbər lenti