Aparat rəhbərinin müavini: “O vətəndaş xoşbəxtdir ki, seçim etməyi bacarır”

  12 Dekabr 2019    Oxunub : 2220
 Aparat rəhbərinin müavini: “O vətəndaş xoşbəxtdir ki, seçim etməyi bacarır”
"Dövlətçiliyimizin ciddi atributlarından biri də seçkilərdir. Vətəndaşımız öz haqqını tanıdıqca, səsini verdikcə, dövlətimiz də güclənir".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini Natiq Məmmədov deyib.
"Bizim getdikcə bu prosesləri daha yaxından izləmək və onun bəhrələrini görmək imkanımız olur. O vətəndaş xoşbəxtdir ki, seçim etməyi bacarır",- deyə N.Məmmədov vurğulayıb.

Qeyd edək ki, N.Məmmədov uzun müddət MSK sədrinin müavini olub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Natiq-Məmmədov