Gürcüstanda partiya lideri və tərəfdarları saxlanılıb

  12 Dekabr 2019    Oxunub : 1618
Gürcüstanda partiya lideri və tərəfdarları saxlanılıb
Gürcüstanın hüquq-mühafizə orqanları polisin qanuni tələbinə tabe olmamaq və xuliqanlığa görə Tbilisinin mərkəzində 12 aksiya iştirakçısını saxlayıb.
Azvision.az Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında müxalifətçilər və tərəfdarları Ali Məhkəmə hakimlərinin seçimi ilə bağlı planlaşdırılan parlament səsverməsinə etiraz etmək üçün aksiyaya başlayıblar.

“Yeni Gürcüstan” Partiyası nümayəndələrinin bildirdiyinə görə, saxlanılanlar arasında partiyanın lideri Georgi Vaşadze və digər müxalifət nümayəndələri də var.

Qeyd edək ki, aksiya "Vicdansız hakimlərə yox" şüarı ilə keçirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gürcüstan   Aksiya