Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini yad edir

   Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini yad edir
  12 Dekabr 2019    Oxunub:4674
Bu gün Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım günüdür. Mərhum dövlət başçısının vəfatından 16 il keçir.
Azvision.az xəbər verir ki, anım günü münasibətilə Azərbaycanın dövlət və hökumət rəsmiləri, tanınmış şəxslər, ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edir, onun əziz xatirəsini ehtiramla yad edirlər.

Qeyd edək ki, bu gün Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş izdihamlı anım mərasimləri keçirilir.

Azvision.az



Teqlər: Heydər-Əliyev  





Xəbər lenti