Böyük Britaniyada parlament seçkiləri keçirilir

 Böyük Britaniyada parlament seçkiləri keçirilir
  12 Dekabr 2019    Oxunub:3341
Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.
Azvision.az xəbər verir ki, yerli vaxtla səhər saat 07:00-dan (Bakı vaxtı ilə saat 11:00) saat 22:00-a (saat 02:00) qədər davam edəcək seçkilərdə Britaniya parlamentinin İcmalar Palatasının yeni tərkibi müəyyənləşəcək.

Səs çoxluğu qazanan partiya hökuməti formalaşdırmaq və Krallıqla Avropa İttifaqı arasında münasibətlərin hansı ssenari üzrə inkişaf edəcəyini müəyyən etmək hüququ əldə edəcək.

“YouGov” sosioloji şirkəti tərəfindən aparılan son ictimai rəy sorğusuna görə, hakim Mühafizəkarlar Partiyasının iqtidarda qalmaq şansı yüksək qiymətləndirilir.

Qeyd olunub ki, Baş nazir Boris Consonun rəhbərlik etdiyi mühafizəkarlar İcmalar Palatasındakı 339 yerə arxalana bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BöyükBritaniya   Seçki  





Xəbər lenti