Parlamentdə döyülən deputat xəstəxanaya yerləşdirildi

  11 Dekabr 2019    Oxunub : 1890
Parlamentdə döyülən deputat xəstəxanaya yerləşdirildi
Ukraynanın "Xalqın xidmətçisi" fraksiyasının deputatı Andrey Boqdanets Ali Radadakı davadan sonra xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə fraksiyanın nümayənədəsi Yevgeniya Kravçuk məlumat verib. Onun sözlərinə görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Deputatın beyin sarsıntısı keçirdiyi ehtimal edilir.

Xatırladaq ki, Andrey Boqdanets ilə "Azadlıq" fraksiyasının üzvləri Eduard Leonov və İqor Miroşniçenko arasında mübahisə sonda davaya çevrilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ukrayna   Deputat