Serj Sarkisyanın vəkillərinin şikayəti rədd edildi

Serj Sarkisyanın vəkillərinin şikayəti rədd edildi
  11 Dekabr 2019    Oxunub:2857
Ermənistanın Baş Prokurorluğu sabiq prezident Serj Sarkisyana qarşı ittihamların ləğvi ilə bağlı vəkillərin şikayətini rədd edib.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryan deyib.

Daha əvvəl vəkil Amram Makinyan sabiq prezidentin toxunulmazlığı prinsipinə istinad edərək, onun təqsirləndirilən şəxs qismində istintaqa cəld edilməsi barədə qərardan şikayət edib. Müdafiə tərəfi hesab edir ki, Sarkisyan özünün statusuna və fəaliyyətinə əsaslanan addım atıb.

A,Xaçatryan bildirib ki, şikayətin rədd edilməsi barədə bildiriş vəkilə göndərilib.

Xatırladaq ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan 2013-cü ilin 25 yanvar - 7 fevral tarixlərində dövlət büdcəsindən 1 milyon dollardan çox vəsaiti mənimsəməkdə təqsirli bilinir. Sarkisyana qarşı ilkin istintaq araşdırmaları çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 38, 179-cu maddələrinə əsasən ittiham irəli sürülüb. Cinayət işi tam araşdırılana qədər Sarkisyanın ölkədən çıxmasına qadağa qoyulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti